MTRŞ sədri: Əvvəlki illərə nisbətən qanun pozuntuları azalıb

MTRŞ sədri: Əvvəlki illərə nisbətən qanun pozuntuları azalıb

Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəsmi “Facebook" və "Twitter" səhifələri fəaliyyətə başlayıb.

REAL xəbər verir ki, bununla bağlı APA-ya açıqlama verən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu səhifələr zərurətdən yaradılıb: "Rəsmi sosial hesabımızın yaradılması sosial media ilə işləmək zərurətindən yaranıb. Biz də bu səbəbdən belə addım atdıq. Hesab edirəm ki, bunun ancaq xeyri ola bilər".

Televiziyalarla bağlı problemlərə münasibət bildirən N.Məhərrəmli bildirib ki, bu problem təkcə Azərbaycanda deyil, bütün dünyada var: "Bu problemləri qanunvericiliyin bizə verdiyi sərhədlər çərçivəsində həll etməyə çalışırıq. Əvvəlki illərə nisbətən qanun pozuntuları azalıb, əvvəlki tendensiya yoxdur. Bildiyiniz kimi, Azərbaycanda tamaşaçılar, əhali üçün seçim imkanları genişdir. Azərbaycanda həm dövlət, həm də özəl televiziyalar fəaliyyət göstərir. Bəzi kanallarımız var ki, bu kanallarda əhalini narahat edən şou ilə bağlı verilişlər yoxdur. Yəni, insanlarımız rahat şəkildə o kanallara baxa bilərlər. Amma şou xarakterli verilişlərə baxmaq istəyən təbəqə üçün də özəl kanallar var".

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə