Özbəkistan portalında “19-cu əsrdə Şuşada necə geyiniblər” sərlövhəli məqalə dərc olunub

Özbəkistan portalında “19-cu əsrdə Şuşada necə geyiniblər” sərlövhəli məqalə dərc olunub

Özbəkistanın nargis.uz portalında rus dilində “19-cu əsrdə Şuşada necə geyiniblər” sərlövhəli məqalə dərc olunub.

REAL AZƏRTAC-a istinadla xəbər verir ki, məqalədə ümumən Qarabağda və Şuşada geyinilən üst qadın və kişi libasları haqqında söhbət açılır, bu paltarların oxşar və fərqli cəhətləri təhlil edilir.

Yazıda deyilir ki, Azərbaycan milli geyimləri xalqın tarixi, mədəniyyəti və mənəviyyatı ilə sıx bağlıdır. Belə ki, Azərbaycanın milli paltarlarında xalq yaradıcılığının etnoqrafik, bədii xüsusiyyətləri öz əksini tapıb.

Məqalədə vurğulanır ki, vaxtilə Bakıda Azərbaycan, rus və ingilis dillərində “Azərbaycan milli paltarları” adlı footoalbom buraxılıb. Bu nəşrdə Azərbaycanın tarixi-etnoqrafik zonaları, o cümlədən Şuşada istifadə olunan qadın və kişi geyimlərinin özünəməxsusluğu və elementləri haqqında da söhbət açılır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə