125-ci maddəyə xitam verildi - Elina işində yenilik

125-ci maddəyə xitam verildi - Elina işində yenilik

Xəbər verdiyimiz kimi, 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın bu gün məhkəməsi başlayıb.

REAL xəbər verir ki, "Qafqazinfo"nun  hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.

Hadisə ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdı, bu maddəyə istintaq xitam verib. 

Sevinc Abbasova isə günahsız olduğunu deyib: "Mənim təqsirim yoxdur".

İşin icraatına xitam verilməsi üçün vəsatət verilib. Lakin vəsatət təmin edilməyib.

Proses sentyabrın 18-də davam etdiriləcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə