Azərbaycan boksçusu dünya çempionatında qazaxıstanlı rəqibinə məğlub olub

Azərbaycan boksçusu dünya çempionatında qazaxıstanlı rəqibinə məğlub olub

Boks üzrə Azərbaycan milli komandasının daha bir üzvü Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında mübarizəyə qoşulub.

REAL xəbər verir ki, APA-nın məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar Qazıbəyov 1/32 final mərhələsində Qazaxıstan təmsilçisi Zakir Safyullinlə üz-üzə gəlib.

Görüş idmançımız üçün uğursuz alınıb. B.Qazıbəyov 0:5 (28:29, 28:29, 26:30, 26:30, 28:29) hesabı ilə məğlub olub.

Qeyd edək ki, mundialın əvvəlki günlərində rinqə çıxan Tayfur Əliyev (57 kq) və Amin Kuşkov (75 kq) 1/16 finala yüksəlib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə