Mədəniyyət işçiləri təltif olundu - VİDEO

Mədəniyyət işçiləri təltif olundu - VİDEO
İncəsənət xadimlərinə fəxri adlar, orden və medallar təqdim olundu

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunan mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar, orden və medallar təqdim olunub.

Muzey Mərkəzində keçirilən tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev təltif olunan şəxslərin kino, teatr və digər sahələrin görkəmli nümayəndələri olduğunu diqqətə çatdırıb.

Ə.Qarayev qeyd edib ki, Azərbaycanın mədəni həyatı zəngin hadisələrlə doludur: "Artıq teatr və konsert müəssisələri mövsümü açır. Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalı olacaq. Eyni zamanda Nəsimi ili ilə bağlı müxtəlif beynəlxalq tədbirlər keçiriləcək. Bu gün mədəniyyət və incəsənət anlayışı cəmiyyətdə özünəməxsus yer tutub".

Daha sonra mükafatlar təqdim olunub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə