Osmanlıdan saçan Nur - VİDEO

Osmanlıdan saçan Nur - VİDEO
1918-ci ilin bu günləri Bakı işğal altında idi

101 il bundan qabaq sentyabrın bu günləri Bakı işğal altındaydı. Stepan Şaumyan və onun əlaltıları 1918-ci ilin mart qırğınlarından sonra Bakıya nəzarəti əllərində saxlayırdılar.

O çətin günlərdə Tiflisdə müstəqil dövlət quran Azərbaycan Xalq Cümhuriyyəti isə məcburiyyət üzündən yeni höküməti Gəncəyə daşımalı oldu.

Çünki, artıq Tiflis də müstəqilliyini elan edən gürcülərin paytaxt şəhəri sayılırdı. Bakını işğaldan azad etmək və yeni qurulan höküməti ora köçürmək gənc Azərbaycan dövlətinin bir nömrəli vəzifəsi idi. Amma necə? Yeni qurulan dövlətin nizamlı ordusumu vardı?

Daşnak və bolşevik birləşmələrinin qabağına kimi çıxartmalı? Ona görə də iyunun 4-də Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında bağlanan müqaviləyə əsasən Türkiyə Azərbaycana hərbi yardım etməli oldu.

Beləcə, Nuru paşanın rəhbərliyi altında Qafqaz islam Ordusu Gəncəyə gəldi.

Bu gəliş yeni qurulan hökümətdə böhrana səbəb olsa da, ikinci Koalisyon hökümətin formalaşması ilə nəticələnsə də Nuru paşaya hədəfini unutdurmadı. Bu hədəf Bakını işğaldana azad etmək idi. Onun üçün Nuru paşa ilk növbədə Gəncə və ətraf bölgələrdə müqavimət dəstələrini təşkilatlandırmağa başladı.

Çünki, Stapan Şaumyan artıq dəstəsiylə Gəncə üzərinə yürüyürdü. Onun başını əzmək, Bakını gənc müstəqil Azərbaycan dövlətinin paytaxtına çevirmək lazım idi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə