2-ci Beynəlxalq Reklam sərgisi - VİDEO

2-ci Beynəlxalq Reklam sərgisi - VİDEO
Sərgi sentyabrın 14-dək davam edəcək

Bakıda II Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi və II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi öz işinə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstək göstərdiyi sərgilərdə 50-dək yerli və xarici şirkətin, o cümlədən mikro və kiçik qadın sahibkarların məhsulları və əl işləri, eləcə də bir sıra sosial sahibkarlıq layihələri təqdim olunur. Çıxış edən KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi baxımından belə sərgilərin əhəmiyyətini vurğulayıb. müvafiq sahələrdə xeyli sayda mikro, kiçik və orta biznes subyektlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

O, Azərbaycanda qadın və əlil sahibkarlara çox böyük dəstək verildiyni deyib.

KOBİA-nın dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə əsasən qadın və əlil sahibkarların əl işləri nümayiş olunur. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri olmaqla ümumilikdə 50-dək çeşiddə əl işləri sərgilənir.

KOBİA-nın sədri həmçinin bazar araşdırmalarına dəstəyin verilməsini nəzərdə tutulduğunu deyib.

Qeyd edək ki, builki II Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi və II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisinə dünyanın 6 ölkəsindən 43 şirkət qatılıb. Sərgilər sentyabrın 14-dək davam edəcək

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə