Azərbaycanın sağlam siyasi və ictimai təşkilatları bir araya gəldi - VİDEO

Azərbaycanın sağlam siyasi və ictimai təşkilatları bir araya gəldi - VİDEO
Siyasi münasibətlərdə yenilik

Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media təmsilçilərinin və müstəqil siyasi ekspertlərin iştirakı ilə "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masa cəmiyyətdə dialoqun alternativsiz olduğunu göstərir.

Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Dəyirmi masada müxalifəti təmsil edən siyasi partiyaların liderləri də iştirak edirdilər. Müxalifətçi iştirakçılarıdan biri – Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn hesab edir ki, siyasi partiyalar ümummili maraqları firqə maraqlarından üstün tutmalıdırlar.

Amma görünür hər kəs belə düşünmür.

Məsələn, təşkilatçı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyir ki, dəvət olunsa da, yığıncağa qatılmayanlar da olub.

Qeyd edək ki, ötən gün Bakıda "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masa keçirilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə