Dayanıqlı inkişaf və sosial siyasət - VİDEO

Dayanıqlı inkişaf və sosial siyasət - VİDEO
Azərbaycan Qlobal İnnovasiya indeksində 82-ci yerdə qərarlaşıb

İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov "Real İnteryvu"nun qonağıdır.

"Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Proqramına qoşulandan sonra Milli Əlaqələndirmə Şurası yaradıldı. Şuranın Katibliyinin fiunksiyası İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Yoxsulluq Azərbaycanda 2001-ci illə müqaisədə 10 dəfə azalıb. Yoxsulluq Azərbaycanda 5 faiz həddindədir. Yoxsulluğun azaldılması proqramı, məşğulluğun artırılması, iş yerlərinin yaradılması yoxsulluğun azaldılması üçün zəmin yaratdı. İfrat yoxsulluq Azərbaycanda yoxdur. Bu gün 2 il ərzində 250 minə yaxın iş yeri leqallaşdırılıb. Tükənməyən enerji resurlarından istifadə də dayanıqlı inkişafın əsas hissələrindən biridir. Sahibkarlıq, biznes mühitinin yaxşılaşdırılması da dayanıqlı inkişafın əsas istiqamətlərindəndir", -deyə İqtisadiyyat Nazirliyinin şöbə müdiri bildirib.

Respublikamız Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə