Tanınmış futbolçu "Yuventus"u tərk etmək istəyir

Tanınmış futbolçu

Xorvatiya millisinin sabiq futbolçusu Mario Mancukiç qış fasiləsini gözləmədən İtaliya “Yuventus”unu tərk etmək istəyir.

REAL Report-a istinadla xəbər verir ki, bir müddət əvvəl adı çəkilməyən Qətər klubunun təklifini geri çevirən 33 yaşlı hücumçu fikrindən daşınıb. Hazırda Turin komandasında ehtiyatda qalan forvard Yaxın Şərqə yollanmağın əleyhinə deyil.

Qeyd edək ki, Mancukiç 2015-ci ildən “Yuventus”da çıxış edir. O, karyerası ərzində vətənində “Marsoniya”, “Zaqreb”, “Dinamo”, Almaniyanın “Volfsburq”, “Bavariya” və İspaniyanın “Atletiko” komandalarının formasını geyinib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

19 Oktyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə