8 ildir bitməyən müharibə - VİDEO

8 ildir bitməyən müharibə - VİDEO
"Suriyalı miqrantlara görə Türkiyə 40 mlrd. dollar xərcləyib"

Çəkişmənin, gərginliyin əvvəlcə vətəndaş müharibəsinə, sonra dünyanın ümumi savaş meydanına çevirdiyi Suriya... Suriyada ümumi savaş başlayandan bu günə qədər təkcə Türkiyə suriyalı miqrantlara qapı açdığına görə milyardlarla dollarından olub.

Miqrantın qarşılanması var, onun yerləşdirilməsi, qidası, sağlamlığı və digər problemləri diqqət mərkəzində saxlanması var.

Türkiyə isə artıq Suriyada gərginliyin artması fonunda yeni miqrant dalğasını qəbul edə bilməyəcəyini rəsmi olaraq bildirir...

Suriyada isə vəziyyət 8 ildir ki, sabitləşmək bilmir.

İndi Suriyada əsas söz sahibi nə Əsəd rejimidir, nə də müxalifət...

Üçlü 5-ci dəfə bir araya gələcək... Sözü bir yerə qoyub, razılıq əldə edib, vəziyyətə nəzarəti ələ almaq üçün...

Avropa problemin həlli yollarının axtarılmasında da o qədər fəal deyil... Üçlünün görüşü həm də meydanda baş-başa gəlməmələri üçün əhəmiyyətlidir.

Üçlü Zirvədə liderlərin tələbləri də əsas müzakirə mövzusudur.... 3 lider zirvədə hansı mövzuları detallı müzakirə edəcək və bir-birlərindən istəkləri nə olacaq?

Böyük ehtimal ki, ABŞ “təhlükəsiz bölgə” məsələsində bu dəfə geri addım atmayacaq. Türkiyəli ekspertlərin belə ehtimallar irəli sürməsinə səbəb isə son günlər ABŞ hakimiyyətində baş verən dəyişikliklərdir... Söhbət Ağ Evin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun vəzifəsindən uzaqlaşdırılmasından gedir. Bolton, daha çox sərt açıqlamaları və ölkələr arası gərginliyin artmasına səbəbkar diplomat kimi yadda qalıb.

Üçlü Zirvənin əldə edəcəyi nəticələr isə çox güman ki, bir neçə gün sonra Nyu Yorkda , Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında da müzakirə ediləcək. Ən azı Suriya məsələsinin həllində müsbət qərarların veriləcəyi ehtimal yüksəkdir...

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

19 Oktyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə