Bakının azad nəfəs aldığı gün - VİDEO

Bakının azad nəfəs aldığı gün - VİDEO
101 il əvvəl baş verən tarixi proseslərə baxış

Bakı həqiqətən də ayrı məsələ idi. Hər bir dövlət Bakıya qənimət kimi baxırdı. Bakını işğalda saxlayan erməni daşnak birləşmələri də bu qəniməti əldən vermək istəməzdi.

Amma sentyabrın 14-də ağ bayraq qaldırdılar. Həmin hadisələrdə iştirak etmiş tanınmış mühacir Məhəmməd Əli Rəsuloğlu yazırdı ki, 36 saatlıq qanlı döyüşlərdən sonra ağ bayraqlı avtomobildə İran konsulu ilə bərabər qərb cəbhəsi üzrə erməni komandiri döyüş
yerinə gələrək şəhəri təslim etməyə hazır olduqlarını bildirdilər.

Məhəmməd əmin Rəsulzadə isə yazırdı ki, bu xəbəri ona Osmanlının hərbiyyə naziri və baş komandanı Ənvər paşa telefonla xəbər vermişdi.

Əmin bəy, Bakı alındı! –deyə. Bu qısa xəbərin məndə tövlid etdiyi təsiri qabil deyil, təsvir edə bilmirəm. O təsiri hələ unuda bilmirəm deyə Rəsulzadə yazırdı.

Bakının işğaldan azad edilməsi Azərbaycanın tanınmış ziyalılarında da ruh yüksəkliyi yaratmışdı. Əhməd Cavad Atıldı dağlardan zəfər topları Yürüdü irəli əsgər bismillah- deyirdi, Abdulla Şaiq isə.. Başqasını istəməm də , ey türk Tez gəl, Sən gəl, sən! Nuru paşanın şərəfinə verilən ziyafət Yay klubunun zalında olmuşdu.

Üzeyir Hacıbəyov yazırdı. Nuru paşa həzrətlərinin salona vürudu əsnasında musiqi orkestri tərənnümə başladı, məclis əhli ehtiramla paşa həzrətlərini salamladılar.

Fətəli xan Xoyski həzrətləri bəlağətli bir nitq söyləyərək , Azərbaycan türklərinin əsarət bəndindən xilası səadətinə nail olması yolunda tökülən Osmanlı Türk qanına işarə ilə “ bu qan və bu qan tökülən mübarək yerlər heş bir vaxt unudulmaz və xatirdən çıxmaz” buyurdu.

Məhəmməd Əmin Rəsulzadə nin “ siyasi üfüqdə qara buludlar görünən kimidir, amma bu qara buludlara qarşı Nurularımızın zülmətqovan nuru vardır” fikirlərini isə məclis əhli ayaq üstə və Paşaya xüsusi təzimlə alqışladılar.

Bu o ziyafət idi ki, Fətəli xan Xoyski gənc dramaturq Cəfər Cabbarlını da Nuru paşaya orda təqdim etmişdi. Ədirnənin fəthinin, Bakı müharibəsi əsərlərinin müəllifi kimi. Deyirlər ki, gecəykən Nuru paşa Cabbarlının evini mebel, divar saatı, daş divar güzgüsü ilə bəzətdirir.

Bu gün də o əşyalar Cabbarlının ev-muzeyindədir. Onların hər birinin xatirəsi isə ürəklərdə.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

19 Oktyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə