Mehriban Əliyeva şagird və tələbələri Bilik günü münasibəti ilə təbrik edib

Mehriban Əliyeva şagird və tələbələri Bilik günü münasibəti ilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva şagird və tələbələri 15 sentyabr – Bilik Günü münasibəti ilə təbrik edib.

REAL xəbər verir ki, təbrik mətni birinci xanımın rəsmi "İnstagram" səhifəsində paylaşılıb.

"Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər.

Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm.

Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.

Əziz dostlar, Bilik Gününüz mübarək!", - deyə təbrikdə bildirilir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

19 Oktyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə