Bakıda yeni tədris ilində təhsil alacaq şagirdlərin sayı açıqlanıb

Bakıda yeni tədris ilində təhsil alacaq şagirdlərin sayı açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində ümumilikdə, 318 məktəb fəaliyyət göstərir.

REAL xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, onlardan 308-i ümumi təhsil məktəbi, 3-ü xüsusi tipli ümumi orta məktəb və 7-si əyani-qiyabi (axşam) tam orta məktəbdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 27 min 930 müəllim çalışır. Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 414 min 844 şagird təhsil alacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 45  min 800, IX sinfində 32 min 315, X sinfində 22  min 795, XI sinfində 18 min 896, XII sinfində 198 şagird təhsil alacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

19 Oktyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə