Uğursuz başlayan 2-ci gün

Uğursuz başlayan 2-ci gün
Hər 3 güləşçimiz mundialla erkən vidalaşıb

Qazaxıstanda güləş üzrə dünya çempionatı davam edir.

Paytaxt Nur-Sultanda reallaşan yarışın növbəti günü yunan-Roma güləşçilərimiz üçün uğursuz başlayıb. Mübarizəyə qoşulan hər 3 idmançımız yarışla erkən vidalaşıb.

67 kq-da qüvvəsini sınayan Rəsul Çunayev təsnifat mərhələsində macarıstanlı həmkarına ilk hissədəcə tam üstünlüklə qalib gəlib. Ancaq 1/16 finalda güləşçimiz ikiqat dünya çempionu koreyalı Hansu Ryuya uduzub.

87 kq çəki dərəcəsində qurşaq tutan İslam Abbasov ilk görüşdə Gürcüstan pəhləvanını məğlub edib. Ancaq atletimiz 1/8 finalda iranlı rəqibi ilə bacarmayıb.

Ağırlığı 97 kq-dək olan güləşçilərlə yarışan Orxan Nuriyev isə startda yerli idmançının müqvimətini qıra bilməyib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən