Cüdoçularımız 3 medalla bitirdilər

Cüdoçularımız 3 medalla bitirdilər
Son gündə komanda yarışları təşkil olunub

Finlandiyada gənc cüdoçular arasında Avropa Çempionatı başa çatmaq üzrədir.

Vantaa şəhərində reallaşan turnirin son günündə komanda yarışları təşkil olunur.

Azərbaycan seçməsi birinci mərhələdə İtaliya kollektivi ilə üz-üzə gəlib. Cüdoçularımız appeninlilərlə qarşılaşmaya uğursuz başlayıblar. Təmsilçimiz Diana Şoranova ilk görüşü məğlub başa vurub. Ardınca Cahangir Məcidov rəqibi ilə bacarmayıb. 3-cü dueldə İmran Yusifov Agro Silvaini üstələsə də, daha sonra Gültac Məmmədəliyevanın məğlubiyyəti məsələni həll edib.

Beləliklə komandamız çempionatla erkən vidalaşıb.

Xatırladaq ki, fərdi yarışlarda cüdoçularımız 1 gümüş və 2 bürünc medal qazanıblar. 60 kq-da Rövşən Əliyev avropa ikincisi olub. Eyni çəkidə qüvvəsini sınayan Əhməd Yusifovla 66 kq-da yarışan İbrahim Əliyev bürünc mükafata sahib çıxıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

19 Oktyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə