"Sabah" baş məşqçisini istefaya göndərib

Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah" klubunda baş məşqçi dəyişikliyi olub. 

REAL Report-a istinadla xəbər verir ki, əsas komandanının baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək. 

Qərar klub rəhbərliyi ilə 49 yaşlı mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub. Əsas komandanın baş məşqçi postu müvəqqəti olaraq əvəzedici kollektivə rəhbərlik edən Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə klubun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək. 

İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq.

Qeyd edək ki, bu, cari mövsümdə Premyer Liqada ikinci baş məşqçi istefası olub. Bunadək "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov postunu tərk edib. Onun yerinə müvəqqəti baş məşqçi təyin olunan Elmar Baxşiyev isə sonuncu turda məhz "Sabah"a qarşı rəsmi debüt matçında 2:1 hesablı qələbəyə sevinib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

19 Oktyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə