Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşü başlayıb - YENİLƏNİB 2

Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşü başlayıb - YENİLƏNİB 2

Bu gün “Çankaya köşkü”ndə keçirilən beşinci Üçlü Zirvənin ikinci qonağı Rusiya prezidenti Vladimir Putin artıq Ankaradadır.

REAL-ın Türkiyə börosu xəbər verir ki, planlaşdırılan görüş vaxtından təxminən 1 saat gec görüş yerinə gələn Rusiya lideri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qarşılandıqdan sonra ikitərəfli görüşün keçirilməsi üçün nəzərdə tutulan otağa dəvət edilib. Hazırda liderlər arasında ikitərəfli görüş davam edir. 

Qeyd edək ki, saat 11:30-da İran prezidenti Həsən Ruhaninin “Çankaya köşkü”ndə qarşılanması baş tutub. Türkiyə və İran prezidenti arasında ikitərəfli görüş 1.30 dəqiqə çəkib. 

Rusiya və İran prezidentləri arasında da ikitərəfli görüşün keçiriləcəyi bildirilir. Məhz bu görüşdən sonra tərəflər masa arxasına keçərək prioritet məsələləri müzakirə edəcəklər.

***

15:00

REAL-ın Türkiyə bürosu birbaşa yayımda “Çankaya Köşkü”ndən ən son məlumatları çatdırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran prezidenti Həsən Ruhani arasında görüş artıq başlayıb.

Rusiya prezidenti Vladimir Putin Ankaradadır. Uçlü zivə təkbətək görüşlərdən sonra başlayacaq.

***

12:45

İran prezidenti Həsən Ruhani “Çankaya Köşkü”ndə.

REAL-ın Türkiyə brosu xəbər verir ki, beşinci dəfə keçirilən Üçlü Zirvənin Ankarada ilk qonağı İran prezindenti olub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

19 Oktyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə