Prezident: İki ölkə arasında ticarət dövriyyəsi 20 faizdən çox artıb (VİDEO)

Prezident: İki ölkə arasında ticarət dövriyyəsi 20 faizdən çox artıb (VİDEO)

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 20 faizdən çox artaraq 3 milyard dollardan çox həcmə çatıb". 

REAL xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 16-da Türkiyənin Vitse-prezidenti Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib. 

Dövlət başçısı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək əməkdaşlığın bütün sahələri əhatə etdiyini vurğulayıb. Prezident İlham Əliyev yüksək səviyyəli siyasi əlaqələrə uyğun olaraq iqtisadi əməkdaşlığın da hərtərəfli inkişaf etdiyini deyib. Azərbaycan-Türkiyə tərəfdaşlığının son illərdə daha da möhkəmləndiyini bildirən dövlət  başçısı iki ölkənin həyata keçirdiyi birgə irimiqyaslı layihələrin, xüsusilə, enerji sahəsi ilə bağlı layihələrin bölgə üçün böyük önəm daşıdığını qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanda Türkiyənin xeyli sayda orta və kiçik müəssisələrinin fəaliyyətinin də iqtisadi əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyini deyib və ticarət dövriyyəsinin 20 faizdən çox artaraq 3 milyard dollardan çox həcmə çatmasından məmnunluğunu ifadə edib.

Dövlət başçısı Bakıda keçirilən hökumətlərarası komissiyanın səmərəli nəticələr verəcəyinə əminliyi ifadə edib və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycana səfərinin əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət edəcəyini deyib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə