Azərbaycanda minik avtomobillərinin istehsalı 4,8 dəfə artıb

Azərbaycanda minik avtomobillərinin istehsalı 4,8 dəfə artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 204,2 mln manatlıq məhsul istehsal edilib.

REAL xəbər verir ki, “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,6% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 14,3%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 34,5% azalıb.

Belə ki, dövr ərzində ölkədə 863 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 11,7% azdır. Nəticədə, bu ilin sentyabrın 1-nə 364 ədəd məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 496 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur. Nəticədə, bu ilin sentyabrın 1-nə 227 ədəd məhsul ehtiyatı yaranıb.

Bu il fəvvarə armaturunun istehsalı 29,9%, ştanqlı quyu nasoslarının istehsalı 54,5%, mancanaq dəzgahlarının istehsalı 20,1% artıb.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə