İlk zəng - VİDEO

İlk zəng - VİDEO
Birincilər ilk dərs ilinə qədəm qoydular

Yeni dərs ili məktəblərdə çalınan ilk zənglə başladı. Həyəcanlı baxışlarla məktəbə gələn birincilərin əvvəlki illərdən fəqli olaraq gözlərində yaş yox sevinc var idi. İlyas Əfəndiyev adına Elitar Gimnaziya bu il birinciləri elə ən elitar səviyyədə qarşıladı.

Balaca Eminənin də gözləri gülürdü. 11 il təhsil alacağı məktəb bundan sonra ona evi qədər doğma olacaq. O bu evdə biliklərə yiyələnəcək, sabahın vacib adamı kimi olacaq.

Valideyinlər də az qala övladları qədər həyəcanlı idilər.

27 Saylı tam orta məktəbdə də dərsilinə start ilk zəngin çalınması ilə başladı.

Həyəcanlı olan birincilərdən balaca Səfanı eşidək

Xatırladaq ki, bu il bakı şəhər üzrə təhsil idarəsinin tabeliyində olan ümum təhsil müəssələrində 45800 şagird birinci sinifə gedir. Hər birinə uğurlar arzulayırıq.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə