Ən güclü yelkənçilər müəyyənləşib - VİDEO

Ən güclü yelkənçilər müəyyənləşib - VİDEO
“Federasiya kuboku”nda 30 idmançı iştirak edib

Yelkənli İdman Federasiyasınən təşkilatçılığı ilə Federasiya kuboku keçirilib. Yarışda 30 idmançı iştirak edib. Onlarda 18-i Optimist, 5-i Laser4.7, 3-ü Laser Radial, 4-ü isə Laser Standart sinifi üzrə mübarizə aparıb.

Gün ərzində ən azı 3 dəfə açıq dənizə çıxan yelkənçilər Kubok uğrunda gərgin mübarizə aparıblar. 3 gün davam edən yarış Federasiyasının idman meneceri Burcu Algon Giorgianninin baş hakimliyi, qurumun baş məşqçiləri Seyhun Yıldız, Tuğçə Subaşının, məşqçi Anton Vilyayevin, “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti “Xəzər Yelkənli Qayırlar İdman Klubunun direktoru Tatyana Srebnayanın hakimliyi ilə reallaşdırılıb.

Qaliblərə gəlincə, nəticələrə əsasən, Optimist sinifi üzrə Murad Hacı-Zadə ilə Ayla Babayeva 1-ci yerə çıxıb. Laser4.7 sinifi üzrə yelkənçilər arasında Murad Allahverdi ən yüksək bal toplayıb. Laser Radial sinifi üzrə Cavid Kərimov qalib adını qazanıb. Laser Standartda isə Mixail Protasov baş mükafata yiyələnib.

Mükafatandırma mərasimində, həmçinin, yay məktəbinə qatılaraq məşqlər zamanı yüksək nəticə əldə edən iştirakçılara da sertifikatlar və hədiyyələr təqdim olunub. Yelkənli İdman Federasiyasının 3 ay ərzində təşkil etdiyi yay məktəbinə yazılan 16 uşaqdan 7-ı yüksək nəticə göstərib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə