Qida Təhlükəsizliyi İnstitutu fındıq istehsalı ilə bağlı araşdırmalara başlayıb

Qida Təhlükəsizliyi İnstitutu fındıq istehsalı ilə bağlı araşdırmalara başlayıb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Şəki-Zaqatala bölgəsində fındığın istehsalı, qurudulması və saxlanılması zamanı tərkibində aflatoksinin yaranma səbəblərinə dair elmi araşdırmalar aparır.

REAL xəbər verir ki, İnstitutdan APA-ya verilən xəbərə görə, tədqiqatın aparılmasında məqsəd regionda məhsullarda aflatoksinin yaranma səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması, risk qiymətləndirilməsinin həyata keçirilməsi, məhsulun yığım tarixlərinin dəqiq müəyyənləşdirilməsi, həmçinin fındığın becərilmə, emal, qurutma və saxlanma şərtlərinin mövcud normalara uyğunlaşdırılmasıdır.

Araşdırmaların nəticəsi olaraq fındıq istehsalçılarına aflatoksinsiz fındıq yetişdirmənin yolları, istehsal zəncirinin bütün mərhələlərində aflatoksinin əmələ gəlmə risklərinin azaldılması ilə bağlı elmi əsaslandırılmış tövsiyələrin təqdim edilməsi nəzərdə tutulur.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə