Mükafatsız bitən 3-cü gün

Mükafatsız bitən 3-cü gün
Mübarizəyə qoşulan hər 3 güləşçimiz mundialla erkən vidalaşıb

Qazaxıstanda güləş üzrə dünya çempionatı davam edir. Paytaxt Nur-Sultanda reallaşan yarışın üçüncü günündə yunan-Roma güləşi üzrə son 3 çəkidə mübarizəyə start verilib.

60 kq-da ölkəmizi təmsil edən Taleh Məmmədov təsnifat mərhələsində bolqarıstanlı həmkarına uduzub.

77 kq çəki dərəcəsində qüvvəsini sınayan Elvin Mürsəliyev ilk görüşdə gürcüstanlı güləşçiyə qalib gəlib. Ancaq təmsilçimiz ardınca iranlı pəhləvanla bacarmayıb.

Ağırlığı 130 kq-dək olan idmançılarla qurşaq tutan Beka Kandelakinin də gücü bir mərhələyə çatıb. Belaruslu rəqibini "tuşe" ilə üstələyən Beka 1/8 finalda almaniyalı həmkarına məğlub olub. Güləşçimiz görüşdə 7:0 öndə olsa da, böyük üstünlüyü əldən verib.

Beləliklə, yunan-Roma güləşçilərimiz dünya çempionatını 2 medalla başa vurublar. 82 kq çəki dərəcəsində qüvvəsini sınayan Rafiq Hüseynov gümüş mükafata layiq görülüb. 55 kq-da mübarizə aparan Eldəniz Əzizli isə fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

19 Oktyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə