Futzal millimiz turnirə hazırlaşır - VİDEO

Futzal millimiz turnirə hazırlaşır - VİDEO
Yüksək liqada ikinci tura start verilib

Futzal üzrə Azərbaycan yüksək liqasında 2-ci tura start verilib.

Günün açılış matçı Yasamal və neftçi kollektivləri arasında baş tutub. Nominal qonaqların üstünlüyü şəraitində keçmiş qarşılaşma Neftçinin 8-2 hesablı zəfəri ilə yekunlaşıb. Daha sonra meydança Baku Fayr və Xızı futzalçılarının ixtiyarına verilib.

Qarşılıqlı hücumlar şəraitində keçmiş görüş paytaxt təmsilçisinini 2-1 hesablı üstünlüyü ilə yekunlaşıb. Turun mərkəzi matçı Ekol və marafon arasında təşkil olunub. Daha oturuşmuş heyətə malik Ekol rahatlıqla qələbəni təmin edib. 4-1. Mütəmadi olaraq çempionatı izləyən milli komandanın baş məşqçisi Joze Alesio da Silva ölkədaxili yarışın səviyyəsindən narazı deyil.

Əlbəttə daha güclü rəqabət yerinə düşərdi.

Qeyd edək ki, futzal millimiz Rusiyada keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq. Yığmamız sözü gedən yarışda yerli Rusiya, İran və Qazaxıstan kollektivləri ilə qarşılaşacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə