Nur-Sultandakı dünya çempionatında bu gün qadın güləşçilər mübarizəyə başlayacaqlar

Nur-Sultandakı dünya çempionatında bu gün qadın güləşçilər mübarizəyə başlayacaqlar

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün qadın güləşçilər mübarizəyə başlayacaqlar.

REAL Report-a istinadla xəbər verir ki, Azərbaycan 50 kq və 53 kq çəki dərəcələrində təmsil olunacaq. Ən aşağı çəkidə dünya və 7 qat Avropa çempionu, Avropa Oyunlarının 2 qat qalibi Mariya Stadnik çıxış edəcək. Onun ilk rəqibi 2015-ci il Afrika Oyunlarının qalibi Mersi Cenezis olacaq. Təsnifat mərhələsinə təsadüf edən görüşün qalibi 1/8 finala yüksələcək.

Gənclər arasında dünya çempionu Türkan Nəsirova da mübarizəyə təsnifat mərhələsindən başlayacaq. O, 1/8 finala vəsiqə uğrunda görüşdə Avropa çempionatlarının mükafatçısı Nina Hemmerlə üz-üzə gələcək.

2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün yarımfinaladək və ya bürünc medal görüşünədək irəliləmək lazımdır.

Dünya çempionatı

17 sentyabr

50 kq
Təsnifat mərhələsi. Mariya Stadnik - Mersi Cenezis (Nigeriya)

53 kq
Təsnifat mərhələsi. Türkan Nəsirova - Nina Hemmer (Almaniya)

Qeyd edək ki, daha əvvəl Azərbaycan yunan-Roma güləşçiləri çıxışlarını başa vurublar. Olimpiya çəkilərində "Tokio 2020"yə lisenziya qazana bilməyən Şaban Donatın baş məşqçi olduğu komandadan Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medalla kifayətlənib.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə