Bakının 42 məktəbində STEAM layihəsinin tətbiqinə başlanılıb

Bakının 42 məktəbində STEAM layihəsinin tətbiqinə başlanılıb

Təhsil Nazirliyi Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisələrində STEAM layihəsinin tətbiqinə başlayıb.

REAL Report-a istinadla xəbər verir ki,  layihə çərçivəsində müəyyən edilmiş məktəblər üzrə tədrisə, ümumilikdə, 6000-dən çox 6-cı sinif şagirdləri cəlb edilir. 

Layihənin tətbiq edildiyi ümumi təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən zəruri təlim avadanlığı və inventarlarla təmin edilib. STEAM təhsilinin tədrisi məqsədilə 34 məktəbdən 104 müəllim sentyabrın 2-14-də peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak ediblər.

Eyni zamanda layihə ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Portalda STEAM təhsili üzrə yeniliklər, layihə üzrə görülən işlər və gələcək tədbirlər barədə məlumatlar yerləşdiriləcək.

STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma tələbələrə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır.

Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiq edilməsi imkanlarının öyrənilməsi və tədris edilməsidir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə