Özünüməşğulluğa ictimai nəzarət - VİDEO

Özünüməşğulluğa ictimai nəzarət - VİDEO
Proqramdan yararlananlar barədə məlumat bölməsi yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni addım kimi, nazirliyin “e-sosial” internet portalında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsi yaradılıb.

Həmçinin proqram iştirakçıları, onların aktivlərlə təminatına dair bütün məlumatların həmin altsistemə daxil edilməsinə başlanılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, məlumatların altsistemə qeyd edilməsində əsas məqsəd fəaliyyət sahələrində şəffaflığın təmin olunması, bu kontekstdə də fəaliyyət və xidmət sektorlarında ictimai açıqlığa, ictimai nəzarətə geniş şərait yaradılmasıdır.

Proqramın icrası işlərindən bəhs edən A.Əliyev qeyd edib ki, özünüməşğulluq proqramı işsiz və işaxtaran vətəndaşların dövlətin mal və materiallar formasındsa aktiv dəstəyi ilə özünüməşğulluğunun və kiçik ailə təsərrüfatlarının yaradılmasının təmin edilməsinə, işsizlikdən kiçik biznesə çıxışının dstəklənməsinə xidmət edir.

“Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsini jurnalistlərə təqdim edən Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev bildirdi ki, altbölmədə özünüməşğulluq proqramı iştirakçılarının hər biri ilə bağlı ayrıca kabinetlər yaradılıb.


Beləliklə, özünüməşğulluq proqramının icrası, proqrama cəlb edilənlər, onların aktivlərlə təminatı barədə bütün məlumatların ictimai açıqlığının təmin edilməsi nəticədə həm proqramın icra vəziyyətinə, həm də iştirakçılara verilmiş aktivlərdən istifadə vəziyyətinə daimi ictimai nəzarətin də təmin edilməsinə şərait yaradır.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə