Tokioya ilk vəsiqə Stadnikdən gəldi

Tokioya ilk vəsiqə Stadnikdən gəldi
Ən güclü dördlüyə düşən güləşçimiz olimpiadaya vəsiqə qazanıb

Qazaxıstanda güləş üzrə dünya çempionatı davam edir.

Paytaxt Nur-Sultanda reallaşan yarışın 4-cü günündə qadın güləşi üzrə 4 çəkidə mübarizəyə start verilib.

50 kq-da qüvvəsini sınayan Mariya Stadnik Tokio-2020-də iştirakını təmin edib. Təsnifat mərhələsində Nigeriya güləşçisinə ilk hissədə qalib gələn seçməmizin lideri növbəti görüşdə hindistanlı həmkarından üstün olub. 1/4 finalda Rusiya idmançısına da göz açmağa imkan verməyən Stadnik yarımfinala yüksəlməklə yanaşı, Yay Olimpiya Oyunlarına lisenziya qazanan ilk güləşçimiz olub. Final uğrunda çinli Yanan Sunla üz-üzə gələn Mariya gərgin keçən mübarizənin sonunda qələbə qazanıb. Həlledici görüşdə dünya və avropa çempionumuz rumıniyalı Emilia Alina Vucla münasibətləri aydınlaşdıracaq.

53 kq çəki dərəsənində yarışan Türkan Nəsirova debütdə almaniyalı rəqibinə məğlub olub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə