“Ömrümün illəri və izləri“ - VİDEO

“Ömrümün illəri və izləri“ - VİDEO
Xoşbəxt Yusifzadənin kitabının təqdimatı keçirildi

SOCAR-ın vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin "Ömrümün illəri və izləri" kitabının fransız dilində nəşrinin təqdimatı keçirildi.

Azərbaycan-Fransız Universitetində keçirilən mərasimdə ictimaiyyət nümayəndələri, ziyalılar və tələbələr iştirak etdilər.

"Ömrümün illəri və izləri" kitabı Azərbaycanın böyük neft epopeyası haqqında maraqlı hekayətdir. Son əlli beş ildə bu epopeyanın mərkəzi simalarından biri olmuş X.Yusifzadə ölkəmizdə neft və qaz sənayesinin inkişafının, Azərbaycanın yeni neft strategiyasının uğurlu, bəzən də dramatik səhifələrini qələmə alıb.

Eyni zamanda, bu kitab keçdiyi böyük həyat yolu, peşəsi, həmkarları, doğma və yaxın adamları haqqında müəllifin düşüncələridir.

Qeyd edək ki, kitabın həm Azərbaycan, həm də rus dillərində də nəşrləri mövcuddur.
 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə