Nazir: Mehriban Əliyevanın göstərişi ilə Gəncə Dövlət Dram Teatrının təmir-bərpası aparılır

Nazir: Mehriban Əliyevanın göstərişi ilə Gəncə Dövlət Dram Teatrının təmir-bərpası aparılır

"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə Gəncə Dövlət Dram Teatrının yeni binasının Heydər Əliyev Fondu tərəfindən təmir-bərpası aparılır".

REAL xəbər verir ki, APA-nın məlumatına görə, bunu Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilən 147-ci teatr mövsümünün açılışında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir təmir-bərpa işləri ilə tanış olduğunu bildirib: "Mən əminəm ki, təmirdən sonra Gəncə Dövlət Dram Teatrının çox möhtəşəm binası olacaq. Bununla da bizim Gəncədə yeni bir teatr binamız fəaliyyətə başlayacaq. Bu işlər hamısı zəruri və lazımlı addımlardır".

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə