Şirvanda avtomobil beton dirəyə çırpılıb, 4 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Şirvanda avtomobil beton dirəyə çırpılıb, 4 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Şirvanda baş verən yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub.

REAL-ın APA-ya istinadən məlumatına görə, Cavadov Abuzər Kamal oğlunun idarə etdiyi “VAZ-2107” markalı,  90 KB 081 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq beton dirəyə çırpılması nəticəsində 4 nəfər Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Onlardan Sabirabad rayonu Qaraağac kənd sakini, 1972-ci il təvəllüdlü Süleymanov Cavid Əsgər oğlu kəllə-beyin travması ilə reanimasiya şöbəsinə, digərləri - Sabirabad sakini, 2001-ci il təvəllüdlü Güloğlanov İsmayıl Cavad oğlu, Şirvan sakinləri, 2003-cü il təvəllüdlü Cavadov Musa Abuzər oğlu və 2008-ci il təvəllüdlü Cavadov Məhəmməd Abuzər oğlu  travmatologiya şöbəsinə yerləşdiriliblər. 

Qəza törədən sürücünün sərxoş olduğu və hadisə yerindən qaçdığı bildirilir.

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.

***

Saat 16:36

Şirvanda yol-nəqliyyat hadisəsi baş verib.

REAL-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 16.00 radələrində Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində qeydə alınıb. “VAZ-2107” markalı,  90 KB 081 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq beton dirəyə çırpılıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə