Virtual təhqir - VİDEO

Virtual təhqir - VİDEO
Təhqirə yol verən şəxs istənilən halda məsuliyyət daşıyır

Dünyanın ən sürətli yayım vasitəsi-internet. Dövrümüzdə bu vasitədən istifadə etməyən az adam tapılar, kimi yaxşı kimi də pis məqsədlər üçün.

Dırnaqarası klaviatura qəhrəmanlığı heç də həmişə diqqətdən kənarda qalmır. Təhqirə yol verən şəxs istənilən halda məsuliyyət daşıyır. Sosial şəbəkə istifadəçisi olmaq sağa-sola təhqir saçmaq üçün rəvac vermir.

Türkiyə Cümhuriyyətinin Cinayət Məcəlləsinin (Ceza Kanunu) 125-ci maddəsində göstərilir ki, əməlin səsli, yazılı və ya görüntülü vasitələrdən istifadə etməklə törədilməsi də təhqir (hakaret) cinayəti tərkibi yaradır. Digər hallarda əməl ən azı 3 şəxsin iştirakı ilə törədilməlidir.

Rusiya Federasiyasının Cinayət Məcəlləsinə 2011-ci ilə edilən düzəlişlərlə təhqir cinayətin dekriminallaşdırılması faktıdır. 2011-ci ildən etibarən vətəndaşı təhqir etmək inzibati xəta hesab olunur. Vəzifəli şəxslərin, din xadimlərinin və hərbi qulluqçuların təhqir olunması isə müvafiq maddələrə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Avropa Məhkəməsinin qərarlarında isə qeyd edilib ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir.

İlk növbədə, məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidir; bu halda onların müəyyən mülahizə hüdudları var. Mətbuatla bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə