Zabratda kanalizasiya sistemi qurulur - VİDEO

Zabratda kanalizasiya sistemi qurulur - VİDEO
Ərazidə 3,6 km uzunluğunda yağış-kanalizasiya şəbəkəsi tikilir

Bakı şəhəri Sabunçu rayonunun 2-ci Zabrat yaşayış massivi adlanan ərazisində səth və qrunt sularının kənarlaşdırılması məqsədilə yeni layihə icra olunur. Son illər ərazidə məskunlaşmanın artması səbəbindən səth və tullantı sularının axıdılmasını aktuallaşdırılıb.

İntensiv yağıntılar zamanı ərazidə subasma hallarının qeydə alınması sakinlər üçün narahatlıq doğurmaqla yanaşı, antisanitar vəziyyətin yaranmasına səbəb olub.

Yaşayış massivində subasma hallarının aradan qaldırılması məqsədilə “Azərsu”Açıq Səhmdar Cəmiyyəti tərəfindən layihə hazırlanıb və qısa müddətdə işlərə başlanılıb. Layihəyə əsasən, ərazidə 3,6 km uzunluğunda yağış- kanalizasiya şəbəkəsi və kollektoru inşa olunur. Yeni yaradılan şəbəkə üzərində baxış quyuları tikilir. Ərazidən yığılan səth və qrunt sularının yaxınlıqdan keçən mövcud kollektora ötürülməsi məqsədilə nasos-stansiyasının da tikintisinə başlanılıb.

Ərazidə formalaşan səth və tullantı sularının mövcud kollektorlara ötürülməsi məqsədi ilə nasos stansiyasının da tikintisinə başlanılıb. Tikinti-quraşdırma işlərinin bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Zabrat qəsəbəsi də daxil olmaqla 5 yaşayış məntəqəsində Biləcəri, Mehdiabad, Ramana və Bahar qəsəbələrində yağış və kanalizasiya xətlərinin tikintisi davam etdirilir. Bu layihələr çərçivəsində 20 km-dən çox kanalizasiya xətlərinin inşası nəzərədə tutulub.

Cari ilin sonuna qədər layihələr üzrə nəzərdə tutulmuş işlərin tam başa çatdırılması planlaşdırılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə