Paşinyan komandasında “yarpaq tökümü“ - VİDEO

Paşinyan komandasında “yarpaq tökümü“ - VİDEO
Milli Təhlükəsizlik Xidmətinin rəhbəri A.Vanesyanın istefası rezonans yaradıb

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanesyanın istefası Nikol Paşinyanın hakimiyyətdə olduğu dövrdə ən rezonans istefadır. Başqa sözlə uğursuz siyasətçi Paşinyanın qeyri-adekvat addımlarına artıq ölkəsinin güc strukturları da təpki verməyə başlayır. Qeyd edək ki, Vanesyan bundan əvvəl də istefası barədə ərizə yazıb. Lakin Paşinyanın çağırışından sonbra o ərizəsini geri götürüb.Hər halda bu erməni mətbuatının iddiasıdır. Amma Ermənistan kimi kiçik br ölkədə belə bir iddialar da gec-tez öz təsdiqini tapır. Beləcə hədyan çıxışlara aludə olan Paşinyanın öz komandası ilə diil tapa bilməməsi də iddiası da təsdiqini tapdı. Armen Vanesyanın istefası ilə. Çünki Vanesyan istefasını qərarların necə gəldi verilməsi, hədəflərin qarışıqlığı ilə izah edib. Keçmiş MTX direktoru onu da deyib ki, aparılan siyasət zabit andına uyğun deyil. Artur Vanesyanın son cümləsini “Dayanın!” ifadəsiylə bitirib.

Paşinyanın Artur Vanesyanla arasındakı münaqişəyə 2008-ci ilin mart hadisələrinin səbəb olması versiyası da inandırıcı görünür. Çünki Paşinyan həmin hadisələrdə iştirakı olan bütün hərbçi və siyasətçiləri həbs etmək niyyətində olduğunu dəfələrlə açıqlayıb.

Paşinyan hətta cinayət işinin açıla biləcəyini də anons edib. Bu yerdə xatırlatmaq yerinə düşər ki, Vanesyan Ermənistan Xüsusi Xidmət orqanında 18 il idi ki yer alırdı. Və 2008-ci ilin mart hadisələrində vəzifə başında olub. Mətbuat konfranlarının birində Ermənistanın baş naziri bildirb ki, “məxməri inqilabdan” əvvəl keçmiş hakimiyyətin təmsilçiləri Milli Təhlükəsizlik Xidmətində bir sıra sənədləri məhv ediblər.

Buna cavab olaraq Artur Vanesyan bildirmişdi ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətindən 2008-ci ilin mart hadisələri ilə bağlı itən sənədlərdən xəbəri var, ancaq bu informasiyanı açıqlaya bilməyəcək.

1979-cu ildə anadan olan Artur Vanesyan 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin Yerevan idarəsinin rəis müavini, 2018-ci il mayın 10-dan isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyib. 1999-cu ildə Ermənistan Kənd Təsərrüfatı Akademiyasını, Sankt-Peterburq Xarici Əlaqələr İnstitutunu, sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını bitirib. Sonuncu amil də bu istefada da öz sözünü deyir. Çünki Rusiya meylli xidmət rəhbərinin Pşinyanın çaldığı havaya oynamayacağı heç kəsdə təəccüb doğurmur. Elə Paşinyanın özündə də.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə