Parlamentdə təhsil müzakirəsi - VİDEO

Parlamentdə təhsil müzakirəsi - VİDEO
Elm və Təhsil Komitəsinin iclasında bir çox məsələlər müzkirə olunub

Milli Məclisin Elm və Təhsil Komitəsinin iclası keçirilib. İclasda Ali təhsil haqqında qanun layihəsini müzakirə edilib. İclasda çıxış edən Milli Məclisin Elm və təhsil Komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, komitəyə il ərzində 190 müxtəlif səpgili yazılı müraciət daxil olub və bunların böyük əksəriyyəti tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlıdır.

Onun sözlərinə görə 2017-ci ildə Təhsil Nazirliyi tərəfindən yaradılmış təhsil kredit fondu ölkənin bəzi məktəb və universitetlərində məhdud maliyyə imkanı olan tələbə və şagirdlərə köməklik göstərilib. Lakin ayrılmış vəsait ödənişli təhsil alan tələbələrin hamısının tələbatını ödəməyə imkan vermir.

Bundan başqa İsa Həbibbəyli bildirib ki, Ali məktəblərdə dərslik problemi var və hazırda ali məktəblərdə dərsliklərin yaradılması istiqamətində fəallıq müşahidə olunmur. Xüsusən də tətbiqi, dəqiq və təbiət elmləri sahəsində hələ də tərcümə olunan dərsliklərdən istifadə edilir ki, bəzən də tərcümə edilmiş bu dərsliklər köhnəlmiş olur. Ona görə də ali məktəb dərsliklərinin hazırlanmasına diqqət yönəltmək aktual məsələdir.

Daha sonra iclasda Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Şəmsəddin Hacıyev çıxışında bildirib ki, ödənişsiz təhsil üzrə qəbul planı 60% artırılıb.

Onun sözlərinə görə bu da Milli Məclisin Elm və Təhsil komitəsinin təhsilin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində gördüyü işlərin nəticəsidir.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə