Kursantların andiçmə mərasimi - VİDEO

Kursantların andiçmə mərasimi - VİDEO
Bu il FHN-in Akademiyasına 100 kursant daxil olub

Bu il Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 100 kursant daxil olub.

Bu gün də Akademiyada həmin kursantların andiçmə mərasimi keçirildi.

Tədbir iştirakçıları tədbirdən öncə Akademiyanın həyətində ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsi üzərinə gül dəstələri qoyaraq dahi rəhbərin xatirəsini yad etdilər.

Daha sonra isə Akademiyanın rəisi tədbir iştirakçılarını təbrik edərək andiçmə mərasimini açıq elan etdi. Tədbirdə Hərbi təhsilin vacibliyini xüsusi ilə vurğulayan Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev bütün kursantlara uğurlar arzuladı.

Tədbir zamanı valideynlərə də yaxınlaşdıq. Müşahidələrimiz onu göstərdi ki, övladları məzun olmuş valideynlər də onların belə bir yerdə təhsil aldığı üçün çox qürurludurlar.

Qeyd edək ki, tədbirdə məzun olmuş kursantların da diplomları təhvil verildi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə