Azərbaycan-S.Ərəbistanı əlaqələri - VİDEO

Azərbaycan-S.Ərəbistanı əlaqələri - VİDEO
Bütün Qafqazın Şeyxi ilə diplomatın Səfirlikdə görüşü

Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətləri hər iki ölkənin ümumi mənafelərinə cavab verir. Nüfuzlu beynəlxalq təşkilatlarda Səudiyyə Ərəbistanı Azərbaycanın maraqlarını daim müdafiə edib. Azərbaycanın ərazi bütövlüyünün Krallıq tərəfindən birmənalı olaraq tanınması, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsinə dəstək çağırışları ölkəmizə müsəlman dünyasının əsas dövlətlərindən sayılan Səudiyyənin açıq dəstəyi baxımından mühüm mesajdır.

Bunu Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Səudiyyə Ərəbisrtanının ölkəmizdəki səfitri Həməd bin Abdulla bin Xudeyrlə görüş zamanı dedi.

Görüşdə Şeyxülislam Azərbaycanla Səudiyyə Ərəbistanı arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini xüsusi vurğuladı. Şeyx Səudiyyə Ərəbistanına səfər təəssüratlarından da danışdı. Orada xüsusi hörmətlə qarşılanmasını, Məkkədə, Mədinədə olmasını, keçirdiyi görüşləri, Kəbə örtüyü hazırlanan fabrikə baş çəkməsini, Kəbə örtüyünə vurduğu ilməni böyük şərəf adlandırdı. Səfərin zirvəsi kimi Kral Salman bin Əbdüləziz Al Səudlə görüşü xüsusi vurğuladı. Bu qəbulu təkcə bir din xadiminin deyil, onun timsalında Azərbaycan Prezidentinin yürütdüyü tolerantlıq siyasətinə olan etimadın nümayişi saymaq olar.

Səfir də öz növbəsində Şeyxin səfərini diqqətlə izlədiyini dedi . Şeyxin Səudiyyə Ərəbistanına səfərini ölkəsinə verilən yüksək dəyər adlandırdı.

Diplomat REAL-a müsahibəsində Səudiyyə Ərəbistanı ilə Azərbaycan əlaqələrindən də danışdı.

Qarşılıqlı səfərləri regionda dini təhlükəsizliyi möhkəmləndirən amil adlandıran diplomat səfərlərin intensivlədirilməsinin vacibliyini də dedi.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə