Üzeyir Musiqi Günü - VİDEO

Üzeyir Musiqi Günü - VİDEO
18 sentyabr ölkədə Milli Musiqi Günü kimi qeyd olunur

Milli Musiqi Günü münasibəti ilə Bakı Musiqi Akademiyasının qarşısında tədbir keçirilib.

REAL-ın məlumatına görə, tədbirdə mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, hər il olduğu kimi, bu il də dahi bəstəkarın doğum günü ölkəmizdə geniş şəkildə qeyd olunur: "Biz fəxr edirik ki, Azərbaycan musiqisi böyük beynəlxalq festivallarda təmsil olunur. Azərbaycan musiqisi beynəlxalq aləmdə çox yüksək qarşılanır. Mən inanıram ki, Azərbaycan xalqı dünyaya yenə də böyük sənətkarlar bəxş edəcək".

Nazir vurğulayıb ki, Milli Musiqi Gününü Qarabağda qeyd etməyənə kimi bu ağrı hər bir azərbaycanlının qəlbində qalacaq.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli 2021-ci ildə Bakı Musiqi Akademiyasının 100 illiyinin qeyd ediləcəyini deyib: "Azərbaycan musiqisi, bu ocaq Üzeyir bəyin adı ilə bağlıdır. Bunu unutmamalıyıq. Mən cavanlara müraciət edirəm ki, bizim mədəniyyətimizi təbliğ etməkdə fəallıq göstərsinlər, internetdə bizim mədəniyyətimizi yaysınlar".

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə isə Üzeyir Hacıbəylinin təkcə Azərbaycanın yox, bütün Şərqin günəşi olduğunu diqqətə çatdırıb: "Üzeyir bəy 1908-ci ildə "Leyli və Məcnun" operasını yazdıqdan sonra bizdə peşəkar bəstəkarlıq məktəbi yaradılıb. Biz bunu unutmamalı və  hər zaman təbliğ etməliyik".

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə, mədəniyyətinə verdiyi töhfələrdən danışıb.

Sonra  Müdafiə Nazirliyinin Nümunəvi və Əlahiddə hərbi orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə