Niderlandda Oyuncaq muzeyi - VİDEO

Niderlandda Oyuncaq muzeyi - VİDEO
Bu muzeydə qədim oyuncaqlar nümayiş olunur

Oyuncaq muzeyi Niderlandın Deventer şəhərinin qədim binalarından birində yerləsir.

Bu muzeyə gələn hər kəs özünü cavan hiss edir. Uşaqlıqda sevdiyiniz və oynadığınız oyuncaqları görəndə insanın özunu xoşbəxt hiss etməməsi mümkün deyil.

Muzeydə bir cox ekspanat ilə yanaşı stereoskopların, sehirli fənərlərin də sərgiləndiyi bir otaq var.

Muzeyin oyun salonlarında gənclər və yaşlılar üçün əyləncələr çoxdur. Mexanik oyuncaqlar, qədim kuklalar, kukla evləri və buna bənzər bir cox eksponatlar muzeyə gələn bütün yaş həddində olan insanların marağına səbəb olur. Muzeydə həmçinin dəniz və hava nəqliyyat vasitələri, qədim qatarlar və təyyarələr də gələnləri valeh edir . Çünki qatarların dağ mənzərəsində dolaşdığı gözəl bir qatar salonu var. Körpülər və tunellərdə hərəkət edən qatarlar miniatür evlərin onundən keçərək stansiyalara gəlirlər. Oyuncaq muzeyinə təkcə Deventer sakinləri deyil ətraf səhərlərdən gələn turistlər də az olmur. Eynən bu günkü müsahiblərimiz kimi.

Muzeydə qədim oyuncaqlar ilə yanaşı muasir dövrün ən populyar oyuncağı olan LEGOlara həsr edilmiş xüsusi bir otaq da var. Burada muzeyə gələn uşaqların oyun zamanı düzəltdikləri ən maraqlı LEGO oyuncaqları sərgilənir. Bu il uşaqların yay tətili ərəfəsində Muzeyə 2365 ziyatətçi gəlib. Ümumən isə il boyu Oyuncaq muzeyinə gələnlərin sayı 30 minə yaxındır. Niderlanda gələndə Deventerdən keçsəniz bu muzeyə baş cəkin. Çünki orada uşaqlığınızdan mütləq bir parca tapacaqsınız.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə