Dünya çempionatında daha dörd güləşçimizin rəqibi müəyyənləşib

Dünya çempionatında daha dörd güləşçimizin rəqibi müəyyənləşib

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycanın növbəti güləşçilərinin ilk rəqibləri bəlli olub.

6-cı yarış günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Mahir Əmiraslanov (57 kq) təsnifat mərhələsində Ulukbek Zholdoşbekovla (Qırğızıstan) üz-üzə gələcək. 3 qat dünya və Avropa çempionu Hacı Əliyev (65 kq) isə eyni mərhələdə Rusiya təmsilçisi Hacımurad Raşidovla qarşılaşacaq.

Qadın güləşçilər Elmira Qəmbərova (62 kq) 1/16 finalda rumıniyalı Krista İntsi ilə, İrina Netreba (68 kq) isə İvett Zi (Burkino-Faso) ilə güləşəcək.

Qeyd edək ki, dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə