SOCAR-Gürcüstan - VİDEO

SOCAR-Gürcüstan - VİDEO
SOCAR-ın prezidenti Gürcüstan nümayəndə heyəti ilə görüşüb

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Azərbaycan və SOCAR-ın bölgədə başlıca enerji təchizatçısı olduğu qeyd edilib, Gürcüstana qaz tədarükü ilə bağlı məsələlər müzakirə olunub.

Azərbaycan və SOCAR-ın liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi, “Şahdəniz-2” kimi layihələrin regional və qlobal əhəmiyyəti vurğulanıb.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri SOCAR-ın Gürcüstanda əməkdaşlığın perspektivlərindən danışıb.

Görüşdə Gürcüstan hökumətinin müəyyən etdiyi bazar şərtləri çərçivəsində SOCAR-ın bu ölkədə dayanıqlı fəaliyyətinin təmin olunması barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, SOCAR Gürcüstan bazarında 2006-cı ildən birbaşa fəaliyyət göstərir.

Həmin il neftin Qərb bazarlarına nəql edilməsi məqsədilə alınmış Kulevi Neft Terminalı və limanı əməliyyat fəaliyyətinə 2008-ci ildə başlayıb.

Qeyd edək ki, “SOCAR Georgia Gas” MMC Gürcüstan regionlarına təbii qazın tədarükü və paylanmasını həyata keçirir və yerli qaz şəbəkəsini idarə edir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər