“Qarabağ“ bu gün “Sevilya“ ilə qarşılaşacaq

“Qarabağ“ bu gün “Sevilya“ ilə qarşılaşacaq

“Qarabağ” bu gün UEFA Avropa Liqasının 2019/2020 mövsümünün qrup mərhələsində ilk oyununu keçirəcək.

REAL Report-a istinadla xəbər verir ki, Ağdam klubu I tur çərçivəsində İspaniyanın “Sevilya” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:55-də start götürəcək.

Çempionlar Liqasının qrupuna düşməyi bacaran ilk və hələlik yeganə Azərbaycan təmsilçisi olan Qurban Qurbanovun rəhbərlik etdiyi kollekiv Avropa Liqasında eyni uğura 5 dəfə imza atıb. Lakin “köhlən atlar” indiyədək növbəti mərhələyə adlaya bilməyiblər.

“Sevilya” isə turnirin rekordçusudur. Andalusiyalılar 6-cı dəfə Avropa Liqasını qazanmaq üçün uzun yola Bakıdan başlayacaqlar.

UEFA Avropa Liqası

Qrup mərhələsi, I tur

20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya)

Baş hakim: Yevqeni Aranovski

Yan xətt hakimləri: Syomen Şlonçak və İqor Alyoxin

Dördüncü hakim: Yaroslav Kozık (hakimlər briqadası Ukraynadandır)

Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)

UEFA nümayəndəsi: Boris Stankov (Bolqarıstan)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə