Astana-2019: Üçqat dünya çempionu Hacı Əliyev mübarizəyə qoşulur

Astana-2019: Üçqat dünya çempionu Hacı Əliyev mübarizəyə qoşulur

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün Azərbaycan güləşçiləri 6 çəki dərəcəsində çıxış edəcəklər.

REAL Report-a istinadla xəbər verir ki, öncə sərbəst güləşçilər 2 çəkidə mübarizəyə başlayacaqlar. "Minsk 2019" II Avropa Oyunlarının qalibi Mahir Əmiraslanov (57 kq) təsnifat mərhələsində qırğızıstanlı Uluqbek Joldoşbekovla üz-üzə gələcək. Bu görüşün qalibi son dünya çempionu, eləcə də Avropa çempionatının və II Avropa Oyunlarının mükafatçısı, rusiyalı Zavur Uquyevə rəqib olacaq.

3 qat dünya, 3 qat Avropa çempionu, "Minsk 2019" II Avropa Oyunlarının qalibi və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Hacı Əliyev (65 kq) də təsnifat mərhələsindən mübarizəyə başlayacaq. O, rusiyalı ikiqat Avropa çempionu və son iki dünya çempionatının gümüş mükafatçısı Hacımurad Rəşidovla üz-üzə gələcək.

Qadın güləşçilər isə son 2 çəki dərəcəsində mübarizəyə başlayacaqlar. Avropa mükafatçısı Elmira Qəmbərova (62 kq) 1/16 finalda rumıniyalı Avropa mükafatçısı Krista İntseni, dünya və Avropa mükafatçısı İrina Netreba (68 kq) isə burkina-fasolu İvette Zieni sınağa çəkəcək.

Səhər proqramında həm də qadın güləşçi Tatyana Omelçenkonun (59 kq) ukraynalı Angelina Lısakla təsəlliverici görüşü nəzərdə tutulub. Qalib güləşçi bürünc medal qarşılaşmasında monqolustanlı Şoovdor Baatarjava rəqib olacaq.

Eyni zamanda axşam proqramında Elis Manolova (65 kq) bürünc medal görüşünə çıxacaq. Onun rəqibi də bu gün səhər proqramında müəyyənləşəcək. Omelçenko və Manolova qeyri-olimpiya, qalan güləşçilər isə olimpiya çəkilərində yer alıblar.

Dünya çempionatı

19 sentyabr

 

Qadın güləşi

62 kq

1/16 final. Elmira Qəmbərova - Krista İntse (Rumıniya)

68 kq

1/16 final. İrina Netreba - İvette Zie (Bukina-Faso)

59 kq

Təsəlliverici görüş. Tatyana Omelçenko - Angelina Lısak (Ukrayna)

65 kq

Bürünc medal görüşü. Elis Manolova

Sərbəst güləş

57 kq

Təsnifat. Mahir Əmiraslanov - Ulukbek Joldoşbekov (Qazaxıstan)

65 kq

Təsnifat. Hacı Əliyev - Hacımurad Rəşidov (Rusiya)

Qeyd edək ki, hələlik Azərbaycan təmsilçilərindən qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya, yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə