ASAN-la yeni anlaşma memorandumu - VİDEO

ASAN-la yeni anlaşma memorandumu - VİDEO
“VFS Global” şirkəti ilə "ASAN" arasında anlaşma sənədi imzalanır

Azərbaycan Respubliksaının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi, “VFS Global” şirkəti və İnnovasiyalar mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

“VFS Global” şirkəti dünyanın müxtəlif ölkələrinə visa, pasport və digər vətəndaş xidmətləri göstərən ən böyük şirkətdir. 

Bu barədə daha ətraflı REAL-ın birbaşa efirində Elelktron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov məlumat verib.

Fariz Cəfərov  “VFS Global” şirkəti və İnnovasiyalar mərkəzi arasında imzalanan anlaşma memorandumunun əhəmiyyətindən danışıb: "Bu iliin iyun ayında Bakıda BMT-nin forumu keçirilib. Bu forum çərçivəsində ASAN xidmət modelinin xarici ölkələrdə tətbiqi məqsədi ilə ASAN asosiasiyası yaradılıb. Bu assosiasiyaya bir çox ölkələr daxildir. Bu ölkələrdə ASAN xidmət modeli əsasında Vətəndaş Xidmət Mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bu məqsədlə “VFS Global”-ın böyük şəbəkəsi 147-dənçox ölkədə bu əməkdaşlıq çərçivəsində onların fəaliyyət göstərdiyi ölkələrdə o şəbəkədən isitifadə etməklə ASAN xidmət modelləri əsaında Vətəndaş Xidmət Mərkəzlərinin yaradılması istiqamətində əməkdaşlıq olacaq".

“VFS Global” şirkəti dünyada 147-dən çox ölkədə, eyni zamnada 3000-dən çox məntəqəsi olan böyük bir şirkətdir. Şikət əsasən həm visa xidmətlərinin göstərilməsində bəzi dövlətlər üçün pasport xidmətləri, şəxsiyyət vəsiqələrinin verilməsi və s xidmətləri göstərir.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə