Bakının Baş planının hazırlanması ilə bağlı işçi qrupunun növbəti iclası keçirilib

Bakının Baş planının hazırlanması ilə bağlı işçi qrupunun növbəti iclası keçirilib

Bakının Baş planının hazırlanması ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) formalaşdırdığı qurumlararası işçi qrupunun növbəti iclası keçirilib.

REAL Report-a istinadla xəbər verir ki, iclasda çıxış edən Komitənin sədr müavini Dövlətxan Dövlətxanov bildirib ki, bu günə qədər 31 dövlət qurumunun şəhərin inkişafına dair təqdim etdiyi müxtəlif məlumatlar sistemləşdirilərək vahid baza şəklində formalaşdırılıv və Baş plan üzərində çalışan mütəxəssislər qrupunun istifadəsinə verilib. 

Daha sonra Baş Planın hazırlanması üzrə keçirilmiş beynəlxalq tenderin qalibi “AS+P” şəhərsalma şirkətinin nümayəndəsi - layihə rəhbəri Frank Höf çıxış edərək Bakının inkişaf prioritelərinə əsaslanaraq işlənmiş bir neçə şəhərsalma baxışları və həlləri ilə bağlı ilkin təklifləri müzakirə üçün təqdim edib. Təqdim olunmuş şəhər planlaması baxışları (1) “Çoxmərkəzli şəhər nüvəsinin formalaşdırılması və ərazilərdənsəmərəli istifadə”, (2) “Şəhər əhalisinin mobilliyini təmin edən ictimai nəqliyyat şəbəkələri və onların inteqrasiyası”, habelə (3) “Müasir şəhər iqtisadiyyatı - gələcək iqtisadi inkişafı şərtləndirəcək hərəkətverici amillər” kimi mövzuları əhatə edib.

Daha sonra İşçi Qrupun iclası sözügedən mövzulardan hər biri üzrə ixtisaslaşan təşkilatların nümayəndələrinin iştirakı ilə 3 paralel sessiya formatında davam edib. DŞAK rəsmiləri və Komitənin məsləhətçisi olan “BCG” şirkətinin nümayəndələrinin idarə etdiyi sessiyalarda hər 3 mövzu üzrə təklif olunmuş baxış və həllərə dair ətraflı müzakirələr aparılıb, aidiyyəti dövlət qurumlarının rəyləri dinlənilib. Eyni zamanda, iclasda təqdim olunmuş və Bakının Baş planının reallaşdırılmasında təkanverici qüvvə rolunu oynayacaq, şəhərin qısa- və uzunmüddətli perspektivdə davamlı və sistemli inkişafına xidmət edəcək bəzi strateji layihələrin də müzakirəsi və ilkin qiymətləndirilməsi təşkil olunub. 

Xatırladaq ki, işçi qrupunun ilk iclası bu ilin iyun ayında baş tutub və fəaliyyəti Prezident İlham Əliyevin göstərişi əsasında Komitə tərəfindən paytaxtın Baş planının hazırlanması üzrə davam etdirilən işlərin səmərəliliyinin artırılması, dövlət qurumları arasında bununla bağlı məlumat mübadiləsinin təşkili, şəhərin gələcək inkişafı üçün aparılan genişmiqyaslı planlaşdırma işlərində vahid yanaşmaya uyğun olaraq səylərin birləşdirilməsini əhatə edir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə