Çexiya Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək istəyir

Çexiya Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək istəyir

Bu gün Çexiyada istifadə edilən neftin 1/3 hissəsi Azərbaycan neftinin payına düşür.

REAL Report-a istinadla xəbər verir ki, bu barədə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar Bakıda keçirilən beynəlxalq konfransa Çexiya Prezidenti Miloş Zemanın təbrik məktubunda deyilir.

M.Zeman qeyd edib ki, rəhbərlik etdiyi ölkə Azərbaycanla əməkdaşlığın artmasında maraqlıdır: “Məhz bu əməkdaşlığın nəticəsidir ki, Azərbaycan Çexiyanın iqtisadi baxımdan əməkdaşlıq etdiyi 5-ci ölkədir".

Məktubu tədbirin əsas təşkilatçısı olan "Caspian European Club" sədrinin I müavini və baş icraçı direktoru Telman Əliyev oxuyub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

19 Oktyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə