Nazir müavini: Azərbaycanın bərpa olunan enerji ehtiyatı illik 30 min MVt-a qədərdir

Nazir müavini: Azərbaycanın bərpa olunan enerji ehtiyatı illik 30 min MVt-a qədərdir

"Bakı haqqında danışanda ilk yada düşən küləkdir. Artıq külək həm də enerji qaynağıdır. Bundan istifadə etmək zamanı çatıb. Azərbaycanın illik külək enerjisi potensialı 3000 MVt ətrafında qiymətləndirilir. Ölkənin günəş enerjisi üzrə illik iqtisadi potensialı isə təqribən 23 min MVt  dəyərləndirilir. Beləliklə, təqribən bizim 30 min MVt-a qədər bərpa olunan enerji ehtiyatımız var". 

REAL Report-a istinadla xəbər verir ki, bunu "Əsrin müqaviləsi"nə həsr olunmuş konfransda energetika nszirinin müavini Elnur Soltanov deyib.

E.Sultanovun sözlərinə görə, Azərbaycan özünün enerji tələbatını tam ödəyə bilər:
"Müqayisə üçün deyim ki, Azərbaycanın bu gün illik istifadə etdiyi enerji 4000 MVt-ın altındadır. Yəni Azərbaycan özünü tamamilə bərpa olunan enerji qaynağı ilə təmin etmək iqtidarındadır. Təbii ki, bərpaolunan enerji hələ daha bahadır. Təbii qazla müqayisədə onun enerji istehsalına yönəlməsi hələ rəqabətqabiliyyətli deyil. Burada subsidiyalar əhəmiyyətli ola bilər. Ancaq bütün hallarda hesablamalar göstərir ki, günəş və külək enerjisindən istifadə ilə nəinki ətraf mühitə daha az zərər vermək, eyni zamanda təbii qaza qənaət etmək mümkündür. Bu sahədə artıq addımlar atılıb. Artıq bir neçə qlobal şirkətlə danışıqlar aparılır və yaxın zamanda bu barədə açıqlama veriləcək".

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə