Qubada “Azərişıq” ASC-yə məxsus avtomobilin aşması faktına görə cinayət işi başlanılıb

Qubada “Azərişıq” ASC-yə məxsus avtomobilin aşması faktına görə cinayət işi başlanılıb

Quba rayonunda ölümlə nəticələnən yol qəzası faktına görə cinayət işi başlanılıb.

REAL Report-a istinadla xəbər verir ki, Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırılan işlə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə ötən gün Quba rayon ərazisində “Azərişıq” ASC-nin Şimal Regional İdarəsinin Sumqayıt bölməsinin əməkdaşlarının yüksək gərginlikli elektrik xətlərinə baxış keçirməyə gedərkən baş verib.

Belə ki, UAZ markalı avtomobil Söhüb kəndi ərazisində yamacdaykən texniki nasazlıq yaranıb və nəqliyyat vasitəsi dərəyə yuvarlanıb.

Nəticədə avtomobildə olan Namik Rüstəmov  Zahid Qurbanov hadisə yerində ölüb, sürücü İlkin adlı şəxs və avtomobildə olan Saleh adlı digər şəxs isə yaralanıb.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə