FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi açıqlanıb

FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi açıqlanıb

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

REAL Report-a istinadla xəbər verir ki, Azərbaycan millisinin mövqeyi dəyişməyib. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 1191 xalla 109-cu yerdə qalıb. AVR-2020-nin seçmə mərhələsində səfərdə Uelsə 1:2 hesabı ilə uduzan, evdə Xorvatiya ilə 1:1-lik bərabərə qalan yığma hesabına 3 xal əlavə edib.

Qeyd edək ki, siyahıya 1752 xalla Belçika başçılıq edir. Fransa 1725 xalla ikinci, Braziliya isə 1719 xalla üçüncü sıradadır.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə